Bakı Modern Təhsil Kompleksinin məzunları yeni başlanğıcı qeyd etdilər
Bakı Modern Təhsil Kompleksinin məzunları Məzun Gecəsində bir araya gələrək məktəb illərinin dəyərli xatirələrini yenidən yaşadılar və həyatlarının yeni mərhələsini birlikdə qarşıladılar.
Səmimi anlar və böyük hədəflərlə yadda qalan bu xüsusi gecə hər bir məzunun uğur yolunda yeni başlanğıcın rəmzinə çevrildi.
Onlar artıq yalnız məzun deyil, dünyanın aparıcı universitetlərinə doğru inamla addımlayan və gələcəyin formalaşmasına töhfə verəcək gənclərdir.
Qazandıqları bilik və dəyərlər məzunların həyat yolunda ən güclü bələdçisi olacaq.
