Məzunlar ənənəvi şam yeməyində bir araya gəlib
Hər il olduğu kimi, bu il də ənənəmizə sadiq qalaraq 2015–2026-cı il məzunlarımızla xüsusi şam yeməyində bir araya gəldik.
Məzunlarımızın uğurları ilə qürur duyur, onların hər birinə gələcək həyatlarında daha böyük nailiyyətlər arzulayırıq.
Bu ənənəni yaşatmaq və hər il daha da zənginləşdirmək bizim üçün böyük dəyərdir. Birlikdə keçirdiyimiz səmimi və unudulmaz anlara görə hər bir məzunumuza təşəkkür edirik.





