Bakı Modern Təhsil Kompleksində Məzun Günü qeyd olunub
Bakı Modern Təhsil Kompleksində Azərbaycan və rus bölmələrinin 4-cü, ingilis bölməsinin isə 5-ci sinif şagirdləri üçün Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.
Bir mərhələni uğurla başa vuran balaca məzunlar yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atıblar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan edib.
Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara bol uğurlar arzulayırıq.
