Bakı Modern Təhsil Kompleksində Məzun Günü böyük sevinclə qeyd olundu
Bakı Modern Təhsil Kompleksində Azərbaycan və rus bölmələrinin 4-cü, həmçinin ingilis bölməsinin 5-ci sinif şagirdləri üçün Məzun Günü qeyd olundu.
Bir təhsil mərhələsini uğurla başa vuran balaca məzunlarımız yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atdılar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan etdi.
Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara uğurlar arzulayırıq.
