I sinif şagirdləri üçün Məzun Günü yeni mərhələnin başlanğıcı oldu

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Azərbaycan bölməsinin I sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.

Bu əlamətdar gündə şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoydular. Onların qazandıqları biliklər, qurduqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək nailiyyətləri üçün möhkəm təməl olacaq.

Məktəb məzunları təbrik edərək onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzuladı.