Məzun Günü şagirdlərin ibtidai təhsil mərhələsini başa vurması ilə yadda qaldı
Bakı Modern Təhsil Kompleksində Azərbaycan və Rus bölmələrinin IV sinif, İngilis bölməsinin isə V sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.
Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoydular. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurlarının möhkəm təməlini təşkil edəcək.
Məzunlarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.
