Günel Kərimli BMK-nın kitabxana müəllimi kimi fəaliyyətə başlayıb
Günel Kərimli Bakı Modern Təhsil Kompleksinin müəllim heyətinə kitabxana müəllimi kimi qoşulub.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetində İngilis dilinin tədrisi üzrə ali təhsil alıb və Azərbaycanın beynəlxalq məktəblərində məktəb kitabxanaçısı və şagird nəzarətçisi kimi bir neçə illik təcrübəyə malikdir.
Kitablara, mütaliəyə və uşaqların inkişafına xüsusi maraq göstərən Günel müəllim şagirdlərdə oxuya sevgini, güclü oxu vərdişlərini və müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirməyi, həmçinin kitabxanada mehriban və cəlbedici mühit yaratmağı qarşısına məqsəd qoyur.
