Həbib Hüseynzadə Dubayın iki universitetindən qəbul alıb

View on Instagram

Şagirdimiz Həbib Hüseynzadə University of Wollongong in Dubai və Middlesex University Dubai universitetlərindən qəbul alıb.

University of Wollongong in Dubai Avstraliyanın nüfuzlu University of Wollongong universitetinin Dubay kampusudur. Universitet beynəlxalq akkreditasiyaya malik proqramları, müasir tədris yanaşması və güclü karyera imkanları ilə seçilir.

Middlesex University Dubai Böyük Britaniyanın tanınmış Middlesex University universitetinin Dubay kampusu kimi fəaliyyət göstərir və tələbələrə beynəlxalq diplom, müasir tədris mühiti və geniş ixtisas seçimi təqdim edir.

Həbibi və Xaricdə təhsil komandamızı bu möhtəşəm nailiyyət münasibətilə ürəkdən təbrik edir, onlara davamlı uğurlar arzulayırıq.