Hacı Eyyubov üç nüfuzlu universitetdən qəbul alıb

View on Instagram

Şagirdimiz Hacı Eyyubov daha bir böyük uğura imza ataraq üç nüfuzlu ali təhsil ocağından qəbul alıb.

O, Avstraliyanın qabaqcıl universitetlərindən biri olan, İngiltərədə kampusu yerləşən və xüsusilə mühəndislik və tədqiqat sahələrində güclü mövqeyi ilə seçilən The University of Newcastle-a (Australia), dünya reytinqlərində yüksək mövqeyi və elmi nailiyyətləri ilə tanınan Böyük Britaniyanın nüfuzlu universitetlərindən biri olan University of Manchester-ə, həmçinin yüksək akademik səviyyəsi və güclü beynəlxalq mühiti ilə seçilən University of Exeter-ə qəbul alıb.

Hacını bu möhtəşəm nailiyyəti münasibətilə ürəkdən təbrik edir, gələcək təhsil həyatında ona daha böyük uğurlar arzulayırıq. Bu uğurda əməyi olan müəllimlərimizə və Xaricdə Təhsil komandamıza təşəkkür edirik.