Bakı Modern Təhsil Kompleksində IB məzunlarına diplomlar təqdim olunub

View on Instagram

Bakı Modern Təhsil Kompleksində bir qrup məzuna IB diplomları təqdim olunub.

Diplomlar şagirdlərin IB Diploma Proqramı çərçivəsində göstərdikləri fədakarlığı, əzmkarlığı, şəxsi inkişafı və mükəmməlliyə bağlılığını əks etdirir. Məktəb məzunları akademik yollarında bu mühüm mərhələyə çatmaları münasibətilə təbrik edib.