IB proqramı şagirdi Zahir Salahzadənin elmi tədqiqatı beynəlxalq səviyyədə qəbul edildi
Baku Modern Təhsil Kompleksinin IB proqramı şagirdi Zahir Salahzadə elmi tədqiqat sahəsindəki uğuru ilə beynəlxalq səviyyədə diqqət çəkib.
Zahir dünyanın qeydiyyatdan keçmiş ilk elmi K–12 konqresi kimi təqdim olunan ITECX College çərçivəsində “To What Extent Can Businesses Leverage Blockchain Technology to Enhance Cybersecurity and Financial Transparency?” adlı tədqiqat işi hazırlayıb. Araşdırma yüksək təsir faktoruna malik, beynəlxalq indeksli və rəyli elmi jurnal olan Journal of Information Analytics tərəfindən nəşr üçün qəbul edilib.
Zahirin uğuru kompleksin Ölçmə və Dəyərləndirmə şöbəsinin əməkdaşları Dənizhan bəy və Tuba xanımın yönləndirməsi ilə daha da möhkəmlənib. Baku Modern Təhsil Kompleksi şagirdlərinin elmi yaradıcılığını və tədqiqat mədəniyyətini dəstəkləməkdən məmnunluq duyur.
