Orta sinif şagirdlərinin valideynləri üçün məlumat sessiyası keçirilib
Bakı Modern Təhsil Kompleksində 8-ci sinif Azərbaycan və rus bölmələri, həmçinin 8-ci və 9-cu sinif ingilis bölmələrinin şagirdlərinin valideynləri üçün məlumat sessiyası keçirilib.
Sessiya zamanı şagirdlərin tədris prosesi, akademik inkişafı, gələcək hədəfləri, qarşıdakı mərhələlər və valideyn-məktəb əməkdaşlığının əhəmiyyəti barədə məlumat verilib.
Kompleks tərəfindən vurğulanıb ki, valideyn dəstəyi və məktəblə birgə fəaliyyət şagirdlərin uğurlu gələcəyinin əsasını təşkil edir.











