Şagirdlərin akademik inkişafı ilə bağlı valideynlər üçün məlumat sessiyası keçirilib

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 8-ci sinif Azərbaycan və rus bölmələri, həmçinin 8-ci və 9-cu sinif ingilis bölmələrinin valideynləri üçün məlumat sessiyası keçirilib.

Sessiya zamanı şagirdlərin tədris prosesi, inkişaf istiqamətləri, qarşıdakı mərhələləri və gələcək hədəfləri barədə məlumat verilib. Valideyn-məktəb əməkdaşlığının əhəmiyyəti də ətraflı şəkildə diqqətə çatdırılıb.

Bakı Modern Təhsil Kompleksi valideyn dəstəyi və məktəblə birgə fəaliyyətin şagirdlərin uğurlu gələcəyinin əsas təməllərindən olduğuna inanır.