Beynəlxalq Əlaqələr şöbəsinin nümayəndəsi Macarıstan universitetlərində olub

View on Instagram

Kompleksimizin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı Ramiya xanım Macarıstanın University of Szeged, University of Pécs və Corvinus University of Budapest universitetlərində keçirilən “Counsellor Engagement Day” tədbirlərində iştirak edib. O, universitetlərin beynəlxalq proqramları, tələbələr üçün yaradılan imkanlar və zəngin kampus həyatı ilə tanış olub.

Tarixi 1581-ci ilə qədər uzanan Szeged Universiteti uzunmüddətli akademik ənənələri ilə seçilir. Pécs Universiteti Avropanın ən qədim ali təhsil müəssisələrindən biridir, Corvinus Universiteti isə xüsusilə iqtisadiyyat, biznes və sosial elmlər sahəsində ixtisaslaşıb. Hər üç universitet yüksək akademik göstəriciləri və beynəlxalq nüfuzu ilə tanınır.

Beynəlxalq əməkdaşlıqların inkişafı və tələbələrimiz üçün yeni imkanların araşdırılması istiqamətində fəaliyyətlərimiz davam edir.