Bakıda beynəlxalq robot olimpiadası tələbə və professorları bir araya gətirib
BMTK-nın ikinci dəfə ev sahibliyi etdiyi Fibonacci Beynəlxalq Robot Olimpiadası Bakı İdman Sarayında keçirilib. Tədbirdə Azərbaycandan və xarici ölkələrdən məktəb və universitet tələbələri iştirak ediblər.
UCL (University College London), Toronto Universiteti, Bolonya Universiteti, Edinburq Universiteti, Lazarski Universiteti və Türkiyənin bir sıra aparıcı universitetlərinin professorları qonaq qismində tədbirə qatılıblar. Onlar gənclərin layihələrini qiymətləndirib və texnologiya sahəsində yeni trendlər barədə fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, Yelo Bankın, Kapital Bankın və digər qurumların nümayəndələri də iştirak edərək texnologiya və təhsilin gələcəyi barədə fikirlərini bölüşüblər.



















