Bağça Şagirdləri Bakı Modern Təhsil Kompleksində Yay Məktəbinə Başlayıblar
Bu gündən etibarən bağça qruplarımızın balaca şagirdləri yay məktəbi proqramını Bakı Modern Təhsil Kompleksində davam etdirəcəklər.
Peşəkar pedaqoqların nəzarəti altında keçirilən proqram çərçivəsində uşaqlar yaşlarına uyğun inkişafetdirici fəaliyyətlər, STEAM və robotexnika məşğələləri, incəsənət dərsləri, idman oyunları, üzgüçülük, sağlam qidalanma və müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edəcəklər. Onları öyrənmə, yaradıcılıq, əyləncə və yeni kəşflərlə dolu unudulmaz günlər gözləyir.
