Bağça Şagirdləri Yay Məktəbi Proqramına Başlayıblar

View on Instagram

Bağça qruplarımızın balaca şagirdləri yay məktəbi proqramını Bakı Modern Təhsil Kompleksində davam etdirməyə başlayıblar.

Peşəkar pedaqoqların nəzarəti altında keçirilən proqram çərçivəsində uşaqlar yaşlarına uyğun inkişafetdirici fəaliyyətlərdə, STEAM və robotexnika məşğələlərində, incəsənət dərslərində, idman oyunlarında, üzgüçülükdə, sağlam qidalanma və müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edəcəklər. Onları öyrənmə, əyləncə və yeni kəşflərlə dolu unudulmaz yay günləri gözləyir.