Leyla Məmmədova ABŞ-ın iki nüfuzlu universitetindən qəbul alıb

View on Instagram

Şagirdimiz Leyla Məmmədova ABŞ-ın University of Connecticut (UConn) universitetinə illik 10 000 dollar endirimlə və Arizona State University universitetinə qəbul alıb.

University of Connecticut güclü akademik proqramları və tədqiqat imkanları ilə tanınan ABŞ-ın aparıcı dövlət universitetlərindən biridir. Arizona State University innovativ yanaşması və müasir təhsil metodları ilə seçilir və dünyanın ən innovativ universitetlərindən biri hesab olunur.

Leylanı ürəkdən təbrik edir, gələcək təhsil həyatında davamlı uğurlar arzulayırıq.