Mədinə İsmayılova BMK-nın ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb

View on Instagram

Mədinə İsmayılova Bakı Modern Təhsil Kompleksinin müəllim heyətinə ibtidai sinif müəllimi kimi qoşulub.

O, Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr və magistr təhsili alıb, hazırda isə Bakı Dövlət Universitetində doktorantura təhsilini davam etdirir.

12 illik pedaqoji təcrübəyə malik Mədinə müəllim müxtəlif yaş qruplarına riyaziyyat, məntiq və Azərbaycan dili fənlərini tədris edib. O, həmçinin 4-cü sinif şagirdləri üçün riyaziyyat test kitabçası üzərində çalışır və bir sıra beynəlxalq peşəkar sertifikatlara sahibdir.