NeoKids bağçasının uşaqları və valideynləri Baku Modern Təhsil Kompleksini ziyarət etdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksi NeoKids Uşaq Bağçasının şagird və valideynlərini maarifləndirici görüş üçün qəbul edib.

Görüş zamanı uşaqlar və valideynlər Kompleksin müasir təhsil mühiti, innovativ yanaşmaları və yaradıcı fəaliyyətləri ilə tanış olublar. Şagirdlər üçün təşkil olunan maraqlı fəaliyyətlər, səmimi atmosfer və interaktiv təqdimatlar qonaqlarda xoş təəssürat yaradıb.

Bakı Modern Təhsil Kompleksi bütün qonaqlara təşəkkür edib və uşaqlara uğurlu, parlaq gələcək arzulayıb.