NeoKids bağçasının uşaqları və valideynləri Baku Modernlə tanış oldular
Bakı Modern Təhsil Kompleksi NeoKids Uşaq Bağçasının şagird və valideynlərini qəbul edib.
Görüş zamanı balacalar və valideynlər Kompleksin müasir təhsil mühiti, innovativ yanaşmaları və yaradıcı fəaliyyətləri ilə tanış olublar. Şagirdlər üçün təşkil olunan maraqlı fəaliyyətlər, səmimi atmosfer və interaktiv təqdimatlar hər kəsdə xoş təəssürat yaradıb.
Bakı Modern Təhsil Kompleksi bütün qonaqlara təşəkkür edib, balacalara uğurlu və parlaq gələcək arzulayıb.



















