NeoKids uşaq bağçasının şagird və valideynləri Kompleksi ziyarət etdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksi NeoKids Uşaq Bağçasının şagird və valideynlərini qəbul edib.

Görüş zamanı balacalar və valideynlər Kompleksin müasir təhsil mühiti, innovativ yanaşmaları və yaradıcı fəaliyyətləri ilə tanış olublar. Maraqlı fəaliyyətlər, səmimi atmosfer və interaktiv təqdimatlar qonaqlarda xoş təəssürat yaradıb.

Bakı Modern Təhsil Kompleksi bütün qonaqlara təşəkkür edib, balacalara uğurlu və parlaq gələcək arzulayıb.