Nihad Babayev UOWD-dən 15% təhsil haqqı endirimi ilə qəbul alıb
Şagirdimiz Nihad Babayev University of Wollongong in Dubai universitetindən illik təhsil haqqına 15% endirimlə qəbul alıb.
University of Wollongong in Dubai (UOWD) Avstraliyanın nüfuzlu University of Wollongong universitetinin Dubay kampusudur. Universitet beynəlxalq akkreditasiyaya malik proqramları, müasir tədris yanaşması və güclü karyera imkanları ilə seçilir.
Nihadı və Xaricdə təhsil komandamızı bu möhtəşəm nailiyyət münasibətilə ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
