Bakı Modern Təhsil Kompleksində məktəbəqədər şagirdlər və valideynlər üçün Açıq Qapı Günü keçirilib

View on Instagram

Bu gün Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günündə Baby Plaza Uşaq Bağçası və Modern Uşaq Akademiyasının məktəbəqədər şagirdləri və onların valideynləri iştirak ediblər.

Tədbir zamanı valideynlər kompleksin müasir infrastrukturu və təhsil yanaşması ilə tanış olub, şagirdlər isə müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərdə iştirak ediblər.

Proqramın sonunda valideyn və şagirdlər üçün nahar təşkil olunub.