Açıq Qapı Günü ailələri Bakı Modern Təhsil Kompleksi ilə tanış etdi
03 aprel tarixində Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günündə Baby Plaza Uşaq Bağçasının və Modern Uşaq Akademiyasının məktəbəqədər şagirdləri, eləcə də onların valideynləri iştirak ediblər.
Tədbir zamanı valideynlər kompleksin müasir infrastrukturu və təhsil yanaşması ilə tanış olublar. Şagirdlər isə müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərdə iştirak ediblər. Proqramın sonunda valideyn və şagirdlər üçün nahar təşkil olunub.
Valideynlərə göstərdikləri maraq və etimada görə təşəkkür edir, gələcəkdə yenidən görüşməyi səbirsizliklə gözləyirik.
