Açıq Qapı Günü ailələri Bakı Modern Təhsil Kompleksi ilə tanış etdi
03 aprel tarixində Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günündə Baby Plaza Uşaq Bağçasının və Modern Uşaq Akademiyasının məktəbəqədər şagirdləri, eləcə də onların valideynləri iştirak ediblər.
Tədbir zamanı valideynlər kompleksin müasir infrastrukturu və təhsil yanaşması ilə tanış olub, şagirdlər isə müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərdə iştirak ediblər. Proqramın sonunda valideyn və şagirdlər üçün təşkil olunan nahar süfrəsində xoş vaxt keçirilib.
Valideynlərə göstərdikləri maraq və etimada görə təşəkkür edir, gələcəkdə onları yenidən qarşılamaqdan məmnunluq duyacağımızı bildiririk.
