Valideyn iclaslarında şagirdlərin inkişafı və təhsil prioritetləri müzakirə olunub

View on Instagram

Bakı Modern Təhsil Kompleksində orta sinif şagirdlərinin valideynləri ilə iclaslar keçirilib.

Görüşlərdə şagirdlərin akademik göstəriciləri, tədris prosesində əldə etdikləri irəliləyişlər, fərdi inkişaf dinamikası və qarşıdakı tədris mərhələsi üzrə prioritetlər müzakirə olunub. Valideynlərlə müəllimlər arasında fikir mübadiləsi aparılıb və şagirdlərin təhsil nailiyyətlərinin daha da yüksəldilməsi istiqamətində birgə yanaşmalar nəzərdən keçirilib.