Valideyn və şagirdlər xüsusi ucadan oxu saatında iştirak ediblər
Bakı Modern Təhsil Kompleksinin kitabxanası “Ucadan Oxu Günü” münasibətilə xüsusi “Valideynlə – Ucadan oxu” saatı təşkil edib.
Tədbir zamanı valideynlər və şagirdlər birlikdə kitab oxuyaraq maraqlı və maarifləndirici vaxt keçiriblər. Təşəbbüs şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılmasına, söz ehtiyatının zənginləşdirilməsinə və valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Bakı Modern Təhsil Kompleksi şagirdlərdə kitaba sevgini inkişaf etdirən təşəbbüsləri davam etdirəcək.
