Valideyn iclaslarında şagirdlərin inkişafı və təhsil prioritetləri müzakirə olundu

View on Instagram

Bu gün Bakı Modern Təhsil Kompleksində orta sinif şagirdlərinin valideynləri ilə növbəti valideyn iclasları keçirildi.

Görüşlərdə şagirdlərin akademik göstəriciləri, tədris prosesində əldə etdikləri irəliləyişlər, fərdi inkişaf dinamikası və qarşıdakı tədris mərhələsi üzrə prioritetlər müzakirə edildi. Həmçinin valideynlərlə müəllimlər arasında fikir mübadiləsi aparıldı və şagirdlərin təhsil nailiyyətlərinin daha da yüksəldilməsi istiqamətində birgə yanaşmalar nəzərdən keçirildi.