Valideynlər Fibonacci Beynəlxalq Robot Olimpiadasına hazırlıq barədə məlumatlandırıldı
Bakı Modern Təhsil Kompleksində Fibonacci Beynəlxalq Robot Olimpiadasının regional mərhələsində uğur qazanan şagirdlərin valideynləri üçün xüsusi məlumat sessiyası təşkil olunub.
Sessiyanın əsas mövzusu 22–26 aprel tarixlərində Antalyada keçiriləcək Olimpiadanın beynəlxalq mərhələsi olub. Valideynlər şagirdlərin hazırlıq prosesi, robototexnika üzrə təlim mərhələləri, yarışın proqramı və formatı, həmçinin iştirak imkanları və gözləntilər barədə məlumatlandırılıblar.
Onlar şagirdlərin beynəlxalq mərhələdə uğurlu iştirakı üçün görülən hazırlıq işləri ilə də yaxından tanış olublar.
