Valideynlər Fibonacci Robot Olimpiadasının beynəlxalq mərhələsi barədə məlumatlandırıldı

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Fibonacci Beynəlxalq Robot Olimpiadasının regional mərhələsində uğur qazanan şagirdlərin valideynləri üçün xüsusi məlumat sessiyası təşkil olunub.

Sessiya 22–26 aprel tarixlərində Antalyada keçiriləcək olimpiadanın beynəlxalq mərhələsinə həsr olunub. Valideynlər şagirdlərin hazırlıq prosesi, robototexnika üzrə təlim mərhələləri, yarışın proqramı və formatı, həmçinin iştirak imkanları və gözləntilər barədə məlumatlandırılıblar.

Görüş zamanı şagirdlərin beynəlxalq mərhələdə uğurlu çıxışı üçün görülən hazırlıq işləri də diqqətə çatdırılıb.