Valideynlər Bakı Modern Təhsil Kompleksində Təhsil İmkanları ilə Tanış Olublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günü uğurla baş tutub. Kompleksi ziyarət edən valideynlər məktəbin müasir təhsil mühiti, beynəlxalq proqramları və inkişaf yönümlü yanaşması ilə tanış olublar.

Görüşlər, təqdimatlar və interaktiv fəaliyyətlər vasitəsilə iştirakçılar övladları üçün ən uyğun təhsil seçimlərini dəyərləndirmək imkanı qazanıblar. Kompleks tədbirdə iştirak edən bütün valideynlərə maraq, etimad və dəstəklərinə görə təşəkkür edib.