Yeni Tədris İli Ərəfəsində Valideynlərlə Görüş Keçirildi
Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Modern Təhsil Kompleksində valideynlərlə ənənəvi görüş keçirildi.
Görüş zamanı valideynlər övladlarına il ərzində dərs deyəcək müəllimlərlə tanış oldular. Həmçinin qarşıdakı tədris ilinin əsas istiqamətləri, tədris prosesinin təşkili, məktəb–valideyn əməkdaşlığı və il ərzində həyata keçiriləcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparıldı. Kompleks şagirdlərin uğurlu inkişafı üçün məktəb, müəllim və valideyn arasında güclü əməkdaşlığın vacibliyini vurğuladı.

















