Məktəbəqədər uşaqlar Bakı Modern Təhsil Kompleksində Açıq Qapı Günündə iştirak edəcəklər
Bakı Modern Təhsil Kompleksində Modern Uşaq Akademiyası və Baby Plaza uşaq bağçasının məktəbəqədər şagirdləri üçün Açıq Qapı Günü keçiriləcək.
Tədbir zamanı uşaqlar müasir məktəb mühiti ilə tanış olacaq, nümunə dərslərində iştirak edəcək, əyləncəli fəaliyyətlər və interaktiv oyunlarla vaxt keçirəcək, gələcək məktəb həyatını daha yaxından hiss edəcəklər.
Uşaqların valideynləri də 3 aprel tarixində Bakı Modern Təhsil Kompleksində keçiriləcək tədbirə dəvətlidirlər.
