Bakı Modern Təhsil Kompleksində ibtidai siniflərin Məzun Günü qeyd olunub

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Azərbaycan və Rus bölmələrinin IV sinif, İngilis bölməsinin isə V sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl təşkil edəcək.

Məzunlarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.