İbtidai sinif şagirdləri üçün yaddaqalan Məzun Günü keçirilib

View on Instagram

Bu gün Bakı Modern Təhsil Kompleksində Azərbaycan və rus bölmələrinin 4-cü sinif, eləcə də ingilis bölməsinin 5-ci sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Bir mərhələni uğurla başa vuran balaca məzunlarımız yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atıblar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan edib. Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara uğurlar arzulayırıq.