Bakı Modern Təhsil Kompleksində ibtidai sinif şagirdləri Məzun Gününü qeyd etdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Azərbaycan və Rus bölmələrinin IV sinif, İngilis bölməsinin isə V sinif şagirdləri üçün Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.

Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoydular. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl təşkil edəcək. Məzunlar təbrik edilərək onlara gələcək təhsil həyatlarında uğurlar və parlaq gələcək arzulandı.