İbtidai sinif şagirdləri I yarımil nailiyyətlərinə görə təltif olunublar
Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili üzrə yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.
Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin ibtidai siniflərində təhsil alan şagirdlər əldə etdikləri uğurlara görə təltif olunublar. Bu nailiyyətlər şagirdlərin məqsədyönlü fəaliyyəti, davamlı zəhməti, məktəbin keyfiyyətli təhsil mühiti, eləcə də valideyn və məktəb əməkdaşlığının uğurlu nəticəsi kimi dəyərləndirilib.
Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlər təbrik edilib, onlara gələcək təhsil həyatlarında davamlı nailiyyətlər arzulanıb.


