İbtidai təhsil mərhələsini başa vuran şagirdlər üçün məzuniyyət günü keçirilib
Bakı Modern Təhsil Kompleksində Azərbaycan bölməsinin 4-cü sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.
Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl təşkil edəcək. Məzunlar təbrik olunaraq onlara gələcək təhsil həyatlarında uğurlar və parlaq gələcək arzulanıb.







