İbtidai sinif şagirdləri yüksək nailiyyətlərinə görə təltif olunublar
Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili üzrə yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.
Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin ibtidai siniflərində təhsil alan şagirdlər yüksək nailiyyətlərinə görə təltif olunublar. Onların uğurları məqsədyönlü fəaliyyətin, davamlı zəhmətin, məktəbin keyfiyyətli təhsil mühitinin, eləcə də valideyn və məktəb əməkdaşlığının nəticəsi kimi qiymətləndirilib.
Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlər təbrik edilib, onlara təhsil həyatlarında davamlı nailiyyətlər arzulanıb.




