İbtidai sinif şagirdləri muzey ekskursiyası zamanı incəsənəti kəşf etdilər
Mədəniyyət və İncəsənət ayı çərçivəsində kompleksin ibtidai sinif şagirdləri İncəsənət Muzeyinə ekskursiya etdilər.
Maarifləndirici ekskursiya zamanı şagirdlər sənət əsərləri ilə yaxından tanış olaraq mədəniyyət və incəsənətin fərqli dünyasını kəşf etdilər. Səfər onların estetik zövqünün, yaradıcı düşüncəsinin və dünyagörüşünün inkişafına töhfə verdi.
