İbtidai sinif şagirdləri I yarımilin yüksək nailiyyətlərinə görə təltif olunublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili üzrə yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.

Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin ibtidai siniflərində təhsil alan şagirdlər əldə etdikləri uğurlara görə təltif olunublar. Bu nailiyyətlər məqsədyönlü fəaliyyətin, davamlı zəhmətin, məktəbin keyfiyyətli təhsil mühitinin, eləcə də valideyn və məktəb əməkdaşlığının nəticəsi kimi dəyərləndirilib.

Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlər təbrik edilib, onlara təhsil həyatlarında davamlı nailiyyətlər arzulanıb.