İbtidai sinif şagirdləri yüksək nailiyyətlərinə görə təltif olunublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin Azərbaycan, Rus və İngilis bölmələrinin ibtidai siniflərində təhsil alan şagirdlər 2025–2026-cı tədris ilinin I yarımilində göstərdikləri yüksək nailiyyətlərə görə təltif olunublar.

Şagirdlərin uğurları onların məqsədyönlü fəaliyyəti və davamlı zəhmətinin, məktəbin keyfiyyətli təhsil mühitinin, eləcə də valideyn və məktəb əməkdaşlığının uğurlu nəticəsi kimi qiymətləndirilib.

Mərasim zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlərimizi təbrik edir, onlara təhsil həyatlarında davamlı nailiyyətlər arzulayırıq.