İbtidai sinif şagirdləri birinci yarımildəki uğurlarına görə təltif olunublar
Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili üzrə yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.
Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin ibtidai siniflərində təhsil alan şagirdlər əldə etdikləri nailiyyətlərə görə təltif olunublar. Onların uğurları məqsədyönlü fəaliyyət və davamlı zəhmətlə yanaşı, məktəbin keyfiyyətli təhsil mühitinin, eləcə də valideyn və məktəb əməkdaşlığının uğurlu nəticəsi kimi qiymətləndirilib.
Tədbir çərçivəsində şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlərimizi təbrik edir, onlara gələcək təhsil həyatlarında davamlı nailiyyətlər arzulayırıq.







