Müəllimlərin Peşəkar İnkişafının Qiymətləndirilməsi üzrə İmtahan Keçirilib
Bu gün kompleksimizdə müəllimlərin peşəkar inkişafının qiymətləndirilməsi məqsədilə imtahan uğurla keçirilib.
Müəllimlərin bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləmək üçün bu imtahanlar il ərzində mütəmadi olaraq iki dəfə təşkil olunur. Bu yanaşma tədrisin keyfiyyətinin yüksəldilməsinə və şagirdlər üçün daha effektiv təhsil mühitinin yaradılmasına xidmət edir.












