Bakı Modern Təhsil Kompleksində növbəti dezinfeksiya işləri aparılıb
Şagirdlərin və əməkdaşların sağlamlığının qorunması məqsədilə mütəmadi həyata keçirilən gigiyena tədbirləri çərçivəsində Bakı Modern Təhsil Kompleksində növbəti dezinfeksiya işləri aparılıb.
Təmizliyin qorunması və sanitariya-gigiyena şəraitinin diqqətdə saxlanılması Kompleksin gündəlik fəaliyyətində mühüm yer tutur. Bu tədbirlər şagirdlərin dərslərdə, məktəbdaxili fəaliyyətlərdə və gündəlik ünsiyyətdə daha sağlam və rahat mühitdə olmasına xidmət edir.
