Ruslan İbrahimli BMK-nın riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb
Ruslan İbrahimli Bakı Modern Təhsil Kompleksinin müəllim heyətinə riyaziyyat müəllimi kimi qoşulub.
İstanbul Texniki Universitetinin məzunu olan Ruslan İbrahimli mühəndislik, riyaziyyat və analitik düşüncə sahələrində güclü akademik bazaya malikdir. O, müxtəlif yaş və akademik səviyyələrdə şagirdlərə dərs deyib, həmçinin onları IGCSE, Cambridge AS & A Level və SAT imtahanlarına hazırlayıb.
Onun şagirdyönümlü tədris yanaşması, məntiqi düşüncə və problem həll etmə bacarıqlarına verdiyi önəm BMK şagirdlərinə dəyərli bilik və təcrübə qazandıracaq.
