Rus bölməsinin şagirdləri Məzun Gününü qeyd etdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Rus bölməsinin I sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Bu əlamətdar gündə şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl təşkil edəcək.

Məzunlar təbrik olunub, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulanıb.