Səriyyə Səlimova BMTK-nın Azərbaycan dili müəllimi kimi fəaliyyətə başlayıb

View on Instagram

Səriyyə Səlimova Bakı Modern Təhsil Kompleksinin müəllim heyətinə Azərbaycan dili müəllimi kimi qoşulub.

O, Azərbaycan Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı üzrə bakalavr, Azərbaycan ədəbiyyatı üzrə isə magistr təhsili alıb və hər iki pilləni fərqlənmə ilə bitirib.

Dövlət və beynəlxalq məktəblərdə pedaqoji təcrübəyə malik olan Səriyyə Səlimova şagirdlərdə Azərbaycan dili və ədəbiyyatına marağın formalaşdırılmasına, onların akademik və şəxsi inkişafına dəstək verməyə xüsusi önəm verir. Onu BMTK-da salamlayırıq.