6–12-ci siniflərə qəbul üçün təqaüd imkanları təqdim olunur
Bakı Modern Təhsil Kompleksi 6–12-ci siniflər üzrə yeni şagirdlərin beynəlxalq səviyyədə tanınan təhsil proqramlarına qəbulu üçün müraciətləri qəbul edir.
6–8-ci siniflərə qəbul olunacaq şagirdlər Cambridge Key Stage 3, 9–10-cu siniflərə qəbul olunacaq şagirdlər Cambridge IGCSE, 11–12-ci siniflərə qəbul olunacaq şagirdlər isə IB Diploma Programme və ya Cambridge AS & A Levels proqramlarına müraciət edə bilərlər.
Qəbul imtahanında yüksək akademik nəticə göstərən yeni müraciətçilər üçün müxtəlif təqaüdlər təqdim olunur: 90% və yuxarı nəticə üçün 70%, 80% və yuxarı nəticə üçün 60%, 70% və yuxarı nəticə üçün isə 50% təqaüd.
Müraciət üçün son tarix 24 apreldir. Əlavə məlumat üçün +994 707999090, +994 102324228 nömrələri və ya info@bmtk.edu.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.
